İrəvan Bakıya məlumat verib ki, Laçın yolunun başlanğıcında Ermənistan-Azərbaycan sərhədində silahlı qüvvələr əvəzinə Ermənistan Sərhəd Qoşunlarını yerləşdirməyə hazırlaşır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.
Onun sözlərinə görə, əldə olunmuş razılığa əsasən, Kornidzor körpüsü vasitəsilə Ermənistana, sonra yenidən Azərbaycan ərazisinə və yenidən Ermənistana daxil olan müvəqqəti marşrut 2023-cü il aprelin 1-dək qüvvədə olmalıdır.
“Dünən biz Azərbaycana məlumat vermişik ki, Kornidzor körpüsündən sonra yol yalnız Ermənistan ərazisində davam etdiriləcək və Ermənistan Sərhəd Qoşunları bu sahədə dövlət sərhədinin mühafizəsini təmin edəcəklər. Sərhəd qoşunları bu sahədə Ermənistan Müdafiə Nazirliyinin bölmələrinin yerləşdiyi mövqelərdə yerləşdiriləcək”, - Paşinyan cümə axşamı hökumətin iclasında deyib.
O qeyd edib ki, Ermənistab mövqelərində heç bir dəyişiklik baş verməyib. "Fərq ondan ibarətdir ki, biz orada Silahlı Qüvvələrin bölmələri əvəzinə sərhəd qoşunu yerləşdirmək niyyətindəyik. Biz də eyni təkliflə Azərbaycana müraciət etdik", - Paşinyan izah edib.
O qeyd edib ki, Ermənistan hökuməti sülh gündəminə sadiqliyini təsdiqləyir. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət