Çərşənbə axşamı Türkiyə istehsalı olan “Togg T10X” elektrikli avtomobil Azərbaycan prezidenti İlham Əliyevə təqdim ediləcək. Bu barədə TRT məlumat verir.
“İkinci “Togg T10X” elektromobili sabah Bakıda keçirləcək mərasimdə Azərbaycan prezidenti İlham Əliyevə təqdim ediləcək. Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank avtomobilin açarlarını Əliyevə təqdim edəcək. Daha sonra nazir “Togg”un baş direktoru Gürkan Karakaş ilə birgə Azərbaycan prezidentinə avtomobilin texniki xüsusiyyətləri barədə məlumat verəcək”, - telekanal məlumat verir.
“Togg T10X” elektromobilin ilk sahibi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan olub. Avtomobilin açarlarının təntənəli təqdim edilməsi mərasimi Ankarada Prezient iqamətgahında baş tutub. Mərasimdə Türkiyə prezidentinin həyat yoldaşı Əminə Ərdoğan iştirak edib.
“Bu gündən etibarən biz yollarda “Togg”u görəcəyik”, - Türkiyə lideri tədbirdə çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, ilk elektrikli avtomobil “Togg”un yaradılması və hazırlanması, həmçinin indiki səviyyəyə çatması ölkənin texnoloji və iqtisadi inkişafının, dünya aləmində nüfuzunun simvoludur.
Prezident Ərdoğan “Togg”un yalnız Türkiyədə deyil, həm də bütün dünyada avtomobil həvəskarları arasında populyarlıq qazanacağına əminliyini ifadə edib.
Türkiyə istehsalı olan elektrikli avtomobilin ilk seriya modeli – “Togg T10X”-u əldə etmək üçün müraciətlərin yerləşdirilməsi prosesinin başlanmasından etibarən ümumilikdə 177 467 ilkin sifariş daxil olub. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət