2023-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 157 ölkəsindən 368,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 49,8% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gələnlərin 32,3%-i Rusiya Federasiyası, 21,5%-i Türkiyə, 9,1%-i İran, 5,6%-i Gürcüstan, 4,2%-i Hindistan, 2,7%-i Pakistan, 2,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,9%-i Qazaxıstan, hər birindən 1,7% olmaqla Səudiyyə Ərəbistanı və Özbəkistan, hər birindən 1,6% olmaqla Ukrayna və Belarus, 1,4%-i Küveyt, 1,3%-i Türkmənistan, 10,8%-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 76,9%-ni kişilər, 23,1%-ni qadınlar təşkil edib.
2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 151,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,1% artaraq 15,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,5% artaraq 59,1 min nəfər olub.
2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 20,2% artaraq 358,6 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 46,6%, Gürcüstana gedənlərin sayı 44,6%, Türkiyəyə gedənlərin sayı 6,4% artıb, İrana gedənlərin sayı isə 25,4% azalıb. Ölkə vətəndaşlarının 39,4%-i Türkiyəyə, 22,9%-i Rusiya Federasiyasına, 9,6%-i Gürcüstana, 8%-i İrana, 20,1%-i digər ölkələrə səfər edib. Gedənlərin 68,9%-ni kişilər, 31,1%-ni qadınlar təşkil edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min və ya 2021-ci illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2022-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,5 dəfə artaraq 1 milyon 489,5 min nəfər olub.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət