2023-cü ilin yanvar-mart aylarında “Muğanbank” ASC-nin aktivləri 7,4% - 739 milyon 823,85 min manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Martın 31-nə bankın kredit portfeli 423,042 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 6,8% - İF) təşkil edib. İstehlak kreditləri 43,094 milyon manat (azalma 3,4%), biznes kreditləri 266,27 milyon manat (azalma 9,8%), daşınmaz əmlak kreditləri 113,664 milyon manat məbləğində (azalma 0,3%) qiymətləndirilir.
Bankın öhdəlikləri 646,566 milyon manata (azalma 8,4%) bərabərdir. Bankdakı depozitlər 428,019 milyon manat (azalma 13%), o cümlədən əhalinin əmanətləri 394,427 milyon manat (azalma 0,1%) təşkil edir.
“Muğanbank”ın kapitalı 93,258 milyon manat (artım 0,1%), nizamnamə kapitalı 107,5 milyon manat (dəyişməyib) təşkil edir.
2023-cü ilin birinci rübündə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 102,5 min manat (azalma 29,6 dəfə) təşkil edib.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb. Bankın səhmdarları 4 fiziki şəxsdir.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət