2023-cü ilin I rübündə Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% azalaraq 5 milyard 802,548 milyon avro təşkil edib.
“Avrostat”dan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, mart ayında Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 1 milyard 713,263 milyon avro (2022-ci ilin mart göstəricisindən 20,7% az) təşkil edib.
2023-cü ilin mart ayında Azərbaycandan Aİ ölkələrinə ixrac 1 milyard 501,601 milyon avro (azalma 25,7%), bu ilin I rübündə 5 milyard 174,974 milyon avro (azalma 10%) təşkil edib.
2023-cü ilin mart ayında Aİ ölkələrindən Azərbaycana idxal 211,662 milyon avro (artım 54,2%), yanvar-mart aylarında 627,574 milyon avro (artım 72,1%) təşkil edib.
Beləliklə, bu ilin yanvar-mart aylarında Aİ ölkələri ilə idxal-ixrac münasibətlərində Azərbaycanın müsbət saldosu 4 milyard 547,4 milyon avro (2022-ci ilin yanvar-mart aylarına nisbətən azalma 15,6%) təşkil edib.
2022-ci ildə Azərbaycan və Aİ ölkələri arasında ticarət dövriyyəsi rekord səviyyəyə - 33 milyard 113,063 milyon avroya (2021-ci illə müqayisədə artım 2,3 dəfə), Azərbaycanın ixracı 2,4 dəfə artaraq rekord həddə - 31 milyard 66,239 milyon avroya, idxalı isə 39,4% artaraq 2 milyard 46,824 milyon avroya çatıb. 2022-ci ildə Aİ ilə ticarət əlaqələrində Azərbaycanın müsbət saldosu 29 milyard 19,415 milyon avro təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,5 dəfə çoxdur.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət