Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mayın 22-də Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səsləndirdiyi bəyanatı pisləyib.
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən növbəti dəfə səsləndirilmiş qərəzli fikirləri qətiyyətlə pisləyirik”, - XİN-in bəyanatında deyilir.
XİN-dən bildirilir ki, Azərbaycanın “Laçın” sərhəd buraxılış məntəqəsi təsis etməsinin guya yolu bağladığı, bölgədə humanitar problemlər meydana gətirdiyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətində çətinliklər yaratdığı, bunun “etnik təmizləmə siyasətinin” tərkib hissəsi olduğu barədə əsassız iddiaları Ermənistan rəsmilərinin dəfələrlə təkrarlaması bu ölkənin reallıqları saxtalaşdırmaq cəhdidir.
XİN-dən vurğulanıb ki, keçid məntəqəsindən həm erməni sakinlərin, həm Beynəlxalq Qızıl Xaç Komitəsinin, həm də Rusiya sülhməramlı kontingentinin “şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə keçdiyi bəllidir”.
“Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxlaması, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirməsi, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin çağırışlarına zidd olaraq işğala son qoymaması və öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqdan imtina etməsi BMT TŞ üzvü Böyük Britaniyaya yaxşı məlumdur”, - XİN-dən bəyan ediblər.
XİN-dən qeyd ediblər ki, Ermənistan tərəfi beynəlxalq ictimaiyyəti öz rəvayətləri ilə çaşdırmaq səylərindən əl çəkməlidir.
“Bununla yanaşı, Azərbaycan ərazisinə beynəlxalq missiya göndərilməsinin Ermənistan tərəfindən hələ də təşviq olunması, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə Azərbaycan hökumətinin dialoquna hər vəchlə mane olması Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Ermənistan bölgədə sülh və əminamanlıq tərəfdarıdırsa, bu kimi müdaxilələrə son qoymalıdır”, - nazirlikdən bildiriblər.
Vurğulanır ki, “Azərbaycan müharibə zamanı ələ keçirilmiş hərbi əsirləri bir çox hallarda təmənnasız olaraq Ermənistana geri qaytarıb”.
“Müharibədən sonra ölkəmizin ərazisində hərbi təxribatlar törətmək məqsədilə Ermənistan tərəfindən göndərilmiş bir qrup erməni hərbçilərə gəldikdə, onların hərbi əsir olmadığı Ermənistan rəhbərliyinə məlumdur. Azərbaycanın xoş niyyət nümayiş etdirərək bu qrupdan olan şəxslərin də demək olar yarısını Ermənistana geri qaytarmasına baxmayaraq, Ermənistan tərəfi yolunu azaraq Ermənistana keçmiş 2 nəfər Azərbaycan hərbçisini qurama məhkəmə işi ilə geri qaytarmaqdan imtina edir və bununla etimad quruculuğu səylərinə zərbə vurur”, - nazirlikdən qeyd ediblər.
“Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq”, - XİN-dən yekun vurulub. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət