2023-cü il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xarici idarəçilər tərəfindən idarə olunan aktivlərinin həcmi $8 milyard 160.2 milyon və ya fondun investisiya portfelinin 16,6%-ni təşkil edib.
“İnterfaks-Azərbaycan” Hesablama Palatasına istinadən məlumat verir ki, 2021-ci il dekabrın 31-nə ARDNF-in xarici menecerlərin idarəçiliyində olan aktivlərinin həcmi $6 milyard 589,3 milyon və ya fondun investisiya portfelinin 14,7%-ni təşkil edib. Beləliklə, fondun xarici menecerlərin idarəsinə verilmiş aktivlərinin həcmi 2022-ci ildə 23,8% artıb.
Hesablama Palatası 8 xarici menecer və onların idarəçiliyində olan ARDNF-nin vəsaitinin həcminin qeyd olunuduğu siyahını təqdim edib.
Siyahıya əsasən, ARDNF-nin vəsaitinin böyük hissəsi – 20,7%-i (($1 milyard 688 milyon 608,168 min) ABŞ-ın BlackRock beynəlxalq investisiya şirkətinin idarəçiliyindədir (2022-ci il ərzində idarə etdiyi vəsaitin həcmi 26,6% artıb). 2021-ci ildə bu vəsaitin idarəçiliyindən mənfi gəlirlilik 17,73% (2021-ci ildə: +22,19%) təşkil edib.
2022-ci ilin sonuna ARDNF-in aktivlərinin $610 milyon 402,708 mini (azalma 17,7%) İsveçin UBS maliyyə Qrupu, gəlirlilik – mənfi 17,73%; $1 milyard 237 milyon 991,264 milyonu (artım 2,1 dəfə) ABŞ-ın State Street Global Advisors (SSGA) şirkəti, gəlirlilik – mənfi 16,93%; $1 milyard 111 milyonu (azalma 12,1%) UBS EU ex UK, gəlirlilik – mənfi 12,08%; $1 milyard 486 milyon 874,552 mini (artım 63,9%) "Mellon Investment Corporation", gəlirlilik – mənfi 17,73%; $1 milyard 597 milyon 165,715 mini (аrtım 31,4%), Yaponiyanın Sumitomo Mitsui Trust International, gəlirlilik – mənfi 17,81%; $240 milyon 435,866 mini (аzalmа 2,2%) Dünya Bankı, gəlirlilik – mənfi 2,19%; $114 milyon 232,689 mini (аzalmа 0,7%) Almaniyanın DWS Group, gəlirlilik – mənfi 0,73% idarə edir.
2023-cü ilin əvvəlinə ARDNF-nin maliyyə aktivləri $49 milyard 32 milyon 675,991 min həcmində qiymətləndirilib. Fondun aktivləri strukturunda əsas pay borc öhdəlikləri və pul bazarının ($30 milyard 361 milyon 30,367 min) olub. Qalan vəsait səhmlər - $9 milyard 645 milyon 955,882 min, qızıl – $5 milyard 944 milyon 376,881 min və daşınmaz əmlak – $3 milyard 81 milyon 312,86 min arasında bölüşdürülüb.
1999-cu ildə yaradılan Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət