31 may 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 45 milyard 921,8 milyon manat məbləğində qiymətləndirilir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat məbləğində olub. Beləliklə, yanvar-may aylarında bankların aktivləri 2,4% azalıb.
2023-cü ilin aprel ayı ilə müqayisədə may ayında bankların aktivləri 0,7% və ya 339,1 milyon manat artıb.
5 ay ərzində bankların Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitlərin həcmi 1,6 dəfə - 3 milyard 863,4 milyon manata qədər azalıb.
Mayın sonuna bankların kredit portfeli 20 milyard 659,3 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,4% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 837,2 milyon manat (artım 3,8%) təşkil edir.
Bankların öhdəlikləri 40 milyard 84,6 milyon manata (azalma 3,3%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 107,7 milyon manat məbləğində (azalma 2 dəfə) qiymətləndirilir. Banklarda depozit portfeli 32 milyard 678,7 milyon manat (azalma 3,2%), o cümlədən əhalinin əmanətləri 12 milyard 143 milyon manat (artım 5,7%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında bankların ümumi xalis mənfəəti 437,1 milyon manat təşkil edib (2022-ci ilin yanvar-may ayları ilə müqayisədə artım 31,9%).
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 385,9 milyon manat (artım 34,1%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 20,9 milyon manat (artım 19,7%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 480,4 milyon manat məbləğində (artım 12,8%) olub.
Bu dövrdə bankların faiz xərcləri 335,2 milyon manat (artım 36,8%), o cümlədən depozitlər üzrə 237,8 milyon manat (artım 40%), qeyri-faiz xərcləri 860,4 milyon manat (artım 24,3%) təşkil edib.
Yanvar-may aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 644,1 milyon manat (artım 27,9%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 543,2 milyon manat (artım 34,2%), mənfəət vergisi üzrə ödənişlər 106,1 milyon manat (artım 45,1%) məbləğində qiymətləndirilir.
31 may 2023-cü il tarixinə respublikada 24 bank fəaliyyət göstərir. Bu bankların 9-u (2022-ci ilin sonuna 10 bank) xarici kapitallıdır.
Bankların 483 filialı (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 0,8%) və 86 şöbəsi (2022-ci ilin sonuna 91) var.
Bank sektorunda 23,124 min nəfər (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,5% - İF) çalışır.*
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət