Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı 6 iyul 2023-cü il tarixli qərarının Ermənistan tərəfindən təhrif olunmasında ittiham edib.
Dünən Ermənistan XİN-dən bəyan ediblər ki, məhkəmə 6 iyul tarixli qərarla Laçın yolu ilə hər iki istiqamətdə “şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün mövcud bütün tədbirlərin görülməsi və “bununla da sərhəd keçid məntəqəsinin fəaliyyətini dərhal dayandırmaqla bağlı Azərbaycanın beynəlxalq hüquqi öhdəliyini yenidən təsdiqləyir”.
Azərbayxan XİN-dən qeyd olunub ki, məhkəmə 6 iyul tarixli qərarı iləbir daha təsdiq etdi ki, “23 aprel 2023-cü il tarixindən etibarən Laçın dəhlizində və ya onun boyunca yerləşdirilən hər hansı bir və bütün şəxsi heyəti geri çəkməyi və belə şəxsi heyətin Laçın dəhlizi üzərində və ya Laçın dəhlizi boyu yerləşdirilməsindən çəkinməyi Azərbaycandan tələb edən əlavə müvəqqəti tədbiri daxil etməklə” 22 fevral 2023-cü il tarixli Qərara dəyişiklik etmək barədə Ermənistanın tələbi əsassızdır.
“Ermənistanın yalanlarının əksinə, Beynəlxalq Ədalət Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 22 Fevral Qərarını pozduğunu müəyyən etməyib”, - nazirlikdən bəyan ediblər.
“Ermənistanı tərəflərin mübahisəsini daha da gərginləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək barədə məhkəmənin Qərarına əməl etməyə və Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətinə maneə törədən davranışa son qoymağa çağırırıq”, - XİN-də yekun vurublar.
Öncə XİN-dən xəbər verildiyi kimi, iyulun 6-da BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Laçın nəzarət-buraxılış məntəqəsinin qeyri-qanuniliyinə və Azərbaycan Respublikasının bütün silahlı şəxslərinin Laçın yolundan çıxarılması tələbinə dair Ermənistanın 2023-cü il 12 may tarixli vəsatətini rədd edib. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət