2023-cü ilin yanvar-may aylarında Azərbaycana 450,152 min ton buğda idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 26,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $134 milyon 904 min (artım 8,8%) təşkil edib.
Beləliklə, Azərbaycanın yanvar-may aylarında aldığı buğdanın qiyməti bir ton üçün $299,7 (2022-ci ildə alınmış buğdanın orta qiyməti bir ton üçün $337,6 olub – İF-Az) təşkil edib.
Hesabat dövründə Azərbaycana $63 milyon 87,9 min dəyərində (artım 10,8%) 104,705 min ton şəkər xammalı və şəkər (azalma 0,8%), $65 milyon 638,6 min dəyərində (azalma 30.3%) 50,447 min ton bitki yağı (azalma 14,8%), $28 milyon 733,7 min dəyərində (azalma 3,9%) 5,374 min ton çay (azalma 11,6%), $41 milyon 310,1 min dəyərində (azalma 16,8%) 7,484 ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 16,8%) idxal edilib.
Bununla yanaşı, respublikaya $10 milyon 431,6 min dəyərində (artım 2,2 dəfə) 2,636 min ton iribuynuzlu heyvan əti (artm 2,5 dəfə), $19 milyon 131,1 min dəyərində (artım 1,8%) 13,2 min ton quş əti və quş əti məhsulları (artım 8,3%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $63 milyon 41 min dəyərində (azalma 2,2%) 62,679 min ton meyvə (azalma 10%), $11 milyon 504,3 min dəyərində (azalma 2,1%) 19,628 min ton tərəvəz (azalma 1,1%), $25 milyon 880,2 min dəyərində (azalma 15,1%) 87,09 min ton kartof (azalma 20,9%) idxal edilib.
Yanvar-may aylarında ölkədən $103 milyon 385,8 min dəyərində (artım 4,5%) 103,536 min ton tərəvəz (artım 20%), $111 milyon 671,6 min dəyərində (artım 7,5%) 81,332 min ton meyvə (artım 12,6%), $23 milyon 381,4 min dəyərində (artım 57,7%) 52,838 ton kartof (artım 58,6%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $13 milyon 340,4 min dəyərində (artım 43,8%) 18,581 min ton şəkər (artım 28,6%), $1 milyon 721,4 min dəyərində (azalma 78,7%) 873,3 ton bitki yağı (azalma 82,6%) ixrac edilib.
Hesabat dövründə Azərbaycan $7 milyon 718,1 min dəyərində (artım 39,5%) 6,359 min ton meyvə və tərəvəz şirələri (artım 38,5%), $2 milyon 759,4 min dəyərində (artım 2,6 dəfə) 145,7 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 92,2%), $6 milyon 148 min dəyərində (artım 89,1%) 4,214 min ton meyvə və tərəvəz konservləri (artım 56,5%), $2 milyon 468 min dəyərində (azalma 70,9%) 1,09 ton tütün (azalma 56,4%), $2 milyon 506,4 min dəyərində (azalma 51,3%) 279,1 ton çay (azalma 68,5%) ixrac edib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət