NATO-nun Vilnüs sammiti göstərdi ki, Türkiyə blokun coğrafi genişlənməsi daxil olmaqla, ümumi təhlükəsizlik problemlərinin həllində alyansın güclü tərəfdaşı qalmaqda davam edəcək. Bu barədə Türkiyə prezidentinin Administrasiyasının kommunikasiyalar üzrə idarənin rəhbəri Fahrettin Altun bəyan edib.
"Türkiyə NATO-nun strateji istiqamətini dəstəkləyərək meydana gələn çağırışlara qarşı fəal iştirak edir. Gələcəkdə Türkiyə alyansın yeni təşəbbüslərində sadiq müttəfiq və ən mühüm tərəfdaş olaraq qalmaqda davam edəcək", - Altun “Middle East Eye” jurnalı üçün məqalədə yazıb.
O əlavə edib ki, «Türkiyə hesab edir ki, alyansın genişlənməsi bütün dünyada davamlı sülh və sabitliyin açarıdır».
Bununla yanaşı, məmur izah edib ki, Türkiyə NATO-nun coğrafi genişlənməsini «konkret bir ölkəyə qarşı deyil, alyansı sabitliyə nail olmağa kömək edəcək hərtərəfli təhlükəsizlik təşkilatına çevirmək üçün» dəstəkləyir.
Alutn bəyan edib ki, Şərq və Qərb arasındakı coğrafi quru körpüsünə və Qara dənizə gedən su yollarına nəzarət edən Türkiyə üçün «qərb düşərgəsində olmaq son dərəcə vacibdir».
"Türkiyənin NATO-ya çoxdankı və dərin sadiqliyi Avropanı müdafiə edib. Onun daimi iştirakı qitənin təhlükəsizliyi üçün çox vacibdir", - o yazıb.
Məmur əmin edib ki, «Ankara alyansın ümumi problemlərinin həllində NATO-nun tərəfdaşı olaraq qalmaqda davam edəcək» və bunun «onun milli təhlükəsizliyinin tələblərinə uyğun olaraq» həyata keçiriləcəyini əlavə edib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət