Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 31-də Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
“Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə edilib. Prezident Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh müqaviləsinin tezliklə əldə olunmasının normallaşma prosesi üçün vacibliyini vurğulayıb”, - deyə Türkiyə Prezidentinin Administrasiyasının məlumatında bildirilir.
Ərdoğan, həmçinin Azərbaycanla Türkiyə arasında qarşılıqlı ticarət həcminin hədəflənən $15 milyarda çatdırılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini qeyd edərək enerji və nəqliyyat sahəsində birgə əməkdaşlığın hər iki ölkənin mənafeyinə uyğun olduğunu vurğulayıb.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə toxunan Türkiyə lideri bu yollardan daha səmərəli istifadənin vacibliyini diqqətə çatdırıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlər, həmçinin regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət