2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 493,21 min ton buğda idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 23,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $145 milyon 565,1 min (artım 1,8%) təşkil edib.
Beləliklə, Azərbaycanın yanvar-iyun aylarında aldığı buğdanın qiyməti bir ton üçün $295,1 (2022-ci ildə alınmış buğdanın orta qiyməti bir ton üçün $337,6 olub – İF-Az) təşkil edib.
Hesabat dövründə Azərbaycana $74 milyon 582,8 min dəyərində (artım 3,2%) 122,291 min ton şəkər xammalı və şəkər (azalma 8,5%), $70 milyon 113,9 min dəyərində (azalma 35.9%) 54,83 min ton bitki yağı (azalma 17,9%), $32 milyon 759,2 min dəyərində (azalma 7,3%) 6,159 min ton çay (azalma 13,8%), $47 milyon 19,2 min dəyərində (azalma 23,2%) 8,501 ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 21,1%) idxal edilib.
Bununla yanaşı, respublikaya $13 milyon 310 min dəyərində (artım 2,4 dəfə) 3,259 min ton iribuynuzlu heyvan əti (artm 2,6 dəfə), $23 milyon 317,4 min dəyərində (azalma 5,9%) 15,868 min ton quş əti və quş əti məhsulları (azalma 4%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $70 milyon 747,4 min dəyərində (azalma 5,2%) 70,109 min ton meyvə (azalma 12%), $11 milyon 854,8 min dəyərində (azalma 5,1%) 20,07 min ton tərəvəz (azalma 3,8%), $25 milyon 880,2 min dəyərində (azalma 15,2%) 87,09 min ton kartof (azalma 21,1%) idxal edilib.
Yanvar-iyun aylarında ölkədən $134 milyon 365,8 min dəyərində (azalma 1,5%) 137,729 min ton tərəvəz (artım 15,4%), $177 milyon 282,6 min dəyərində (artım 16,5%) 131,068 min ton meyvə (artım 25,8%), $30 milyon 983,6 min dəyərində (artım 11,6%) 71,028 ton kartof (azalma 9,1%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $14 milyon 753,1 min dəyərində (artım 53,2%) 20,265 min ton şəkər (artım 35,8%), $2 milyon 386,7 min dəyərində (azalma 75,6%) 1 min 71,2 ton bitki yağı (azalma 80,6%) ixrac edilib.
Hesabat dövründə Azərbaycan $9 milyon 294,6 min dəyərində (artım 34,2%) 7,665 min ton meyvə və tərəvəz şirələri (artım 36,7%), $3 milyon 582,7 min dəyərində (artım 2,7 dəfə) 178,2 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 2 dəfə), $6 milyon 922,3 min dəyərində (artım 86,3%) 4,854 min ton meyvə və tərəvəz konservləri (artım 61,7%), $2 milyon 786 min dəyərində (azalma 73,7%) 1,254 ton tütün (azalma 59,2%), $3 milyon 18 min dəyərində (azalma 51,3%) 334,7 ton çay (azalma 69,1%) ixrac edib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət