“MİDA” MMC Şirvan şəhərində yaşayış kompleksində 6 çoxmənzilli binanın tikintisinə “Hünər İnşaat Firması”nı cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, şirkətlə yaşayış kompleksində 5, 6, 7, 8, 9 və 10 nömrəli binaların tikintisi haqqında 20 milyon 923,661 min manat məbləğində müqavilə bağlanıb.
Tikinti işlərinin başa çatma müddəti 23 oktyabr 2024-cü ildir.
Bundan başqa, MİDA “Araz İnşaatçı” şirkətini Şirvan şəhərində yaşayış kompleksində 11 və 12 nömrəli binaların tikintisinə cəlb edib.
Müqavilənin dəyəri 7 milyon 32,651 min manatdır.
Müqavilənin şərtlərinə görə, bu binaların tikintisi 23 noyabr 2024-cü ilədək başa çatmalıdır.
Yaşayış kompleksinin Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində inşa edilməsi planlaşdırılır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət