Azərbaycanın Qarabağ iqtisadi regionunda yaradılan qanunsuz separatçı rejim buraxılmalı və tərksilah edilməlidir. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib.
“Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir", - Hacıyev cümə axşamı “X” hesabnda yazıb.
O, həmçinin Qarabağ regionunun erməni sakinlərinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi humanitar yükdən imtinasını şərh edib. "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda ununun istehsal mənşəyinə görə rədd edilməsi qeyri-qanuni marionet rejimin (Qarabağdakı - İF) izlədiyi irqçilikdir”, - Hacıyev vurğulayıb.
Xəbər verildiyi kimi, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ regionuna 40 ton humanitar yardım göndərib. Humanitar yük un məmulatlarından ibarətdir və Bakıdan göndərilib. Bu yükün Ağdam-Xankəndi yolu ilə Azərbayanın Qarabağ regionunun erməni sakinlərinə çatdırılması planlaşdırılır.
Azərbaycanın Qarabağ regionunda yaşayan və guya «humanitar böhran» və ərzaq çatışmazlığından şikayətlənən ermənilər bu yükü qəbul etməkdən imtina edirlər. Bakı bu addımı regionda hər hansı humanitar böhranın olmamasının göstəricisi kimi qiymətləndirir. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət