2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın 20 iri dövlət və özəl şirkəti tərəfindən qeyri-neft məhsullarının ümumi ixrac həcmi $1 milyard 225,07 milyon təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2023-cü ilin yanvar-iyul aylarında dövlət şirkətləri arasında “Azərenerji” ASC ($314 milyon), özəl şirkətlər arasında isə fiziki şəxs Şirinov Elvin Valeh oğlu ($66,8 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında aşağıdakı şirkətlər də təmsil olunur: SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($215,4 milyon), “SOCAR Polymer” MMC ($181,3 milyon), “Azəralüminium” MMC ($77,4 milyon), “AzerGold” QSC ($46,9 milyon), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($15,1 milyon), “Azərbaycan Hava Yolları” QSC ($15,8 milyon), “Azərbaycan Dəmir Yolları” ($1,2 milyon), “Azəripək” MMC ($1,1 milyon), “Azərtütün” MMC ($0,57 milyon).
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə fiziki şəxs “MKT İstehsalat Kommersiya” MMC ($57,3 milyon), “Baku Steel Company” MMC ($47,7 milyon), Azerbaijan International Mining Company ($42,9 milyon), “Best Logistik” MMC ($30,1 milyon), “STP Global Cable” MMC ($28 milyon), “P-Aqro” MMC ($25,8 milyon), “My Fruit” MMC ($19,8 milyon), “Almeyvə” MMC ($18,1 milyon) və “Meqa Fruit Az” MMC ($19,8 milyon) daxildir.
Azərbaycan 2023-cü ilin yanvar-iyul aylarında $2 milyard məbləğində qeyri-neft məhsulları (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 17,8%) ixrac edib.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət