2023-cü ilin yanvar-iyun aylarında Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana ətir və tualet suyu ixracı illik hesablamada 9,9% - 135,3 tonadək artıb. Bu barədə Avropa İttifaqı Statistika İdarəsinin (Avrostat) “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi materiallarında qeyd olunur.
Statistik məlumatlara əsasən, tədarük pul ifadəsində 37% artaraq 8,576 milyon avroya çatıb.
İyun ayında qeyd olunan məhsulların Azərbaycana tədarükü ildən ilə iki dəfə artaraq 21,3 ton (ildən ilə azalma 16%), onların dəyəri 17,3% azalaraq - 1,289 milyon avro təşkil edib.
İyunda ixracatçılar arasında pul ifadəsində Almaniya (488 min avro) lider olub.
Həmçinin, bu ölkə Azərbaycan bazarına ətir və tualet suyu tədarükü üzrə pul ifadəsində və birinci yarım ilin yekunlarına görə (4,1 milyon avro, ildən ilə artım 46,5%) lider mövqedədir. Yanvar-iyun aylarında ətir və tualet suyu ixracatçılarının (dəyər ifadəsində) ilk üçlüyünə həmçinin Fransa – 2,11 milyon avro (artım 65%), İtaliya – 1,024 milyon avro (artım 54,2%) daxil olub.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana ətir və tualet suyu tədarükünü 2021-ci illə müqayisədə 2,7% - 306 tonadək artırıb. Pul ifadəsində ixrac 60,2% artaraq 16,992 milyon avroya çatıb. **
R.Kərimov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət