Sentyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə bölgədə son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
“Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq çərçivəsində artan dinamika məmnunluqla qeyd olunub, son dövrlərdə bir sıra digər sahələr üzrə reallaşdırılan yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların əhəmiyyəti vurğulanıb”, - deyə məlumatda bildirilir.
Bayramov, həmçinin həmkarını Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə məlumatlandırıb, beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən danışıb. Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərksilah tədbirləri barədə iranlı nazirə məlumat verilib.
O, Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin reinteqrasiyasının bu gün tarixi bir mərhələdə olduğunu, bu istiqamətdə ümidverici imkanların yarandığını, sentyabrın 21-də Yevlax görüşünün müsbət və konstruktiv mühitdə keçdiyini, görüşdən irəli gələn məsələlərlə bağlı hazırda Azərbaycan tərəfindən aidiyyəti yardımların göstərildiyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin regional və beynəlxalq müstəvidə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
V.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət