Cümə günü Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib.
Görüşdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub. Mülki şəxslərin sərbəst hərəkətinin təmin edilməsi, humanitar yardımların göndərilməsi, yanacaq, qida ehtiyaclarının qarşılanması yüksək qiymətləndirilib.
“Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, xüsusilə yanğının söndürülməsi, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi üçün zəruri tibbi ləvazimatların, dərman preparatlarının və təcili tibbi yardım avtomobillərinin əraziyə göndərilməsinə görə xüsusi minnətdarlıq ifadə ediblər. Xahiş olunub ki, Azərbaycanın müvafiq dövlət qurumları mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində tədbirlər görsünlər”, - Administrasiyadan vurğulanıb.
Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verib.
O bildirib ki, təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət