Bakının sorğusu əsasında tezliklə BMT-nin Qarabağa göndərəcəyi missiya diqqəti sakinlərin humanitar ehtiyaclarını müəyyən etməyə yönəldəcək. Bu barədə cümə günü BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik bəyan edib.
«Komanda yerdəki vəziyyəti qiymətləndirməyə və həm qalanların (Qarabağda - İF), həm də bölgəni tərk edənlərin humanitar ehtiyaclarını müəyyənləşdirməyə çalışacaq», - Dyujarrik brifinqdə bildirib.
O qeyd edib ki, missiya həftəsonu baş tutacaq və bura BMT Humanitar Məsələlər üzrə Koordinasiya ofisinin texniki komandası, o cümlədən təşkilatın müxtəlif agentliklərinin nümayəndələri daxil olacaq.
Dyujarrik xatırladıb ki, BMT 30 ilə yaxın müddətdə regionda olmayıb.
Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bəyan edib ki, ötən həftə keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Bakı “BMT-nin müvafiq qurumlarını Azərbaycanın Qarabağ bölgəsinə səfərə dəvət edib”. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət