“Bank Melli İran”ın Bakı filialı 2023-cü ilin yanvar-sentyabr aylarında aktivlərini 17,6% - 79 milyon 586,401 min manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın filialından məlumat verilib.
Hesabat dövründə bankın kredit portfeli 1,7 dəfə - 5 milyon 636,16 min manata qədər azalıb.
Aktivlərin strukturunda nağd vəsaitlər və digər banklardakı müxbir hesablar ən çox xüsusi çəkiyə malikdir və 38 milyon 423,512 min manat (31 dekabr 2022-ci il tarixinə olan göstərici ilə müqayisədə azalma 35,4%), investisiya qiymətli kağızları 31 milyon 9,889 min manat (artım 30%) təşkil edir.
30 sentyabr 2023-cü il tarixinə “Bank Melli İran”ın Bakı filialının öhdəlikləri 39 milyon 506,499 min manata (azalma 33,4%) bərabərdir. Bankın maliyyə institutları qarşısındakı öhdəlikləri 35,6% – 21 milyon 581,1 min manata qədər azalıb, müştəri hesabları 6,4 dəfə - 1 milyon 381,715 min manata qədər artıb.
Bankın kapitalı 40 milyon 79,902 min manat (artım 7,5%), nizamnamə kapitalı 73 milyon 611 min 171,44 manat (dəyişməyib) təşkil edib.
9 ayın yekunları üzrə bankın filialının xalis mənfəəti 2 milyon 794,191 min manat məbləğində (2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 2,1 dəfə) olub. 2023-cü il sentyabrın 30-na bankın bölüşdürülməmiş zərəri 33 milyon 531,27 min manat məbləğində qiymətləndirilir.
“Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət