Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Azərbaycan XİN-in məlumatına görə, görüşdə tərəflər Azərbaycan Ermənistan arasında sülh sazişi layihəsinin perspektivləri, Baı və İrəvan arasında normallaşma məsələləri, bölgədəki son vəziyyət, Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əhalisinin reinteqrasiyası istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Bayramov Azərbaycan tərəfinin sülh gündəliyi üzrə Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən görüşlərin müsbət nəticələnməsində maraqlı olduğunu, 30 il sonra bölgədə sülh və sabitliyin təmin edilməsi naminə tarixi imkanın yarandığını vurğulayıb.
Nazir Ermənistan tərəfindən revanşizmə gətirə biləcək açıqlama və bəyanatların verilməsindən, Azərbaycana qarşı aparılan qondarma qarayaxma kampaniyasından çəkinməyin vacibliyini qeyd edib.
Bayramov Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində aparılan işlər barədə qarşı tərəfi məlumatlandırıb, hazırda tərəfimizdən yaradılmış elektron portal vasitəsilə yerli erməni sakinlərin qeydiyyatı prosesinin davam etdirildiyini bildirib.
Həmçinin, erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin hər hansı bir məcburi yerdəyişmə ilə əlaqədar olmadığı diqqətə çatdırılaraq BMT rəsmilərinin bölgəyə son səfərləri və səfər sonrası verilən açıqlamaların bunun bariz nümunəsi olduğu qeyd olunub.
Görüşdə habelə, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb. **
B.Rüstəmbəyov
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət