2023-cü ilin yanvar-sentyabr aylarında “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivləri 18,5% - 11 milyard 434 milyon 796,09 min manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Hesabat dövründə aktivlərin azalması bankdakı nağd vəsaitlərin 37,5% - 2 milyard 459 milyon manata qədər azalması ilə əlaqədardır.
9 ay ərzində bankın kredit portfeli 27,1% - 4 milyard 488 milyon 984,74 min manata qədər, istehlak kreditləri 31,3% - 1 milyard 277 milyon 571,84 min manata qədər, biznes kreditləri 27,4% - 2 milyard 87 milyon 357,09 min manata qədər, daşınmaz əmlak krediti 22,2% - 1 milyard 124 milyon 55,81 min manata qədər artıb.
Bankın öhdəlikləri 9 milyard 724 milyon 136,79 min manata (azalma 21,6%) bərabərdir.
ABB-dəki depozitlərin həcmi 8 milyard 262 milyon 161,75 min manat (2022-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə azalma 22,2%), o cümlədən əhalinin əmanətləri 2 milyard 59 milyon 77,31 min manat (artım 8%) təşkil edib.
Bankın kapitalı 1 milyard 710 milyon 659,3 min manat (artım 4,8%) təşkil edib, nizamnamə kapitalı 1 milyard 225 milyon 647,82 min manata (dəyişməyib) bərabərdir.
ABB 9 ayı 250 milyon 865,6 min manat məbləğində xalis mənfəətlə başa vurub (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 19,5% - İF). 1 oktyabr 2023-cü il tarixinə bankın ümumi bölüşdürülməmiş mənfəəti 305 milyon 449,22 min manat məbləğində (artım 44,6%) qiymətləndirilir.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. ABB-nin kapitalında dövlətin payı 96,37%, o cümlədən Maliyyə Nazirliyinin payı 92,56% təşkil edir. Bankın səhmdarları 17 hüquqi və 1780 fiziki şəxsdir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət