2023-cü ilin yanvar-sentyabr aylarında “VTB Bank (Azerbaijan)” ASC-nin aktivləri 3% - 231,238 milyon manata qədər azalıb. Bu barədə bankın saytında dərc olunmuş rüblük hesabatda deyilir.
Yanvar-sentyabr aylarında bankın kredit portfeli 15,3% - 184,26 milyon manata qədər artıb. Bankın istehlak kreditləri portfeli 75,846 milyon manat (artım 7,7%), biznes kreditləri portfeli 61,497 milyon manat (artım 22,5%), daşınmaz əmlak kreditləri 46,917 milyon manat (artım 19,8%) təşkil edib.
“VTB Bank (Azerbaijan)” ASC-nin öhdəlikləri 142,285 milyon manat (azalma 10,1%), depozit portfeli 71,839 milyon manat (azalma 24,3%), fiziki şəxslərin əmanətləri 51,069 milyon manat (azalma 20%) təşkil edib.
Oktyabrın əvvəlinə bankın kapitalı 88,953 milyon manat (artım 10,9%), nizamnamə kapitalı 315,815 milyon manat (dəyişməyib) təşkil edib.
2023-cü ilin yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə “VTB Bank (Azerbaijan)” ASC-nin xalis mənfəəti 8,643 milyon manat məbləğində (azalma 9,7%) olub.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət