2023-cü ilin yanvar-sentyabr aylarında “Kapital Bank” ASC-nin aktivləri 8,1% - 8 milyard 459,44 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2023-cü il tarixinə bankın kredit portfeli 3 milyard 916,565 milyon manata (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 24% - İF) bərabərdir. Hesabat dövründə “Kapital Bank”ın istehlak kreditləşməsi üzrə portfeli 17,2% - 2 milyard 148,372 milyon manata qədər, biznes kreditləri üzrə portfeli 35,3% - 1 milyon 229,189 milyon manata qədər, daşınmaz əmlak ilə əməlyyatlar üzrə portfeli 29,5% - 539,004 milyon manatadək artıb.
Bankın öhdəlikləri 7 milyard 605,497 milyon manat (artım 8,7%) təşkil edir.
“Kapital Bank”ın depozit portfeli 6 milyard 483,096 milyon manata (artım 6,3%), o cümlədən fiziki şəxslərin əmanətləri 1 milyard 860,665 milyon manata (artım 13,3%) bərabərdir.
Bankın kapitalı 853,943 milyon manat (artım 3,3%), nizamnamə kapitalı 265,85 milyon manat (artım 8,1%) təşkil edir.
2023-cü ilin 9 ayın sonuna “Kapital Bank”ın xalis mənfəəti 182 milyon 12 min manat (2022-ci ilin eyni dövrü ilə müqayisədə azalma 13,6% - İF) təşkil edib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (81,08%), “PAŞA Sığorta” (7,52%) və fiziki şəxslərdir (11,4%).**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət