2023-cü ilin yanvar-sentyabr aylarında “Naxçıvanbank” ASC-nin aktivləri 12,7% - 302 milyon 481,98 min manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabr ayının sonuna bankın kredit portfeli 202,501 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 16,6% - İF) təşkil edib.
Bankın öhdəlikləri 191 milyon 946,69 min manata (azalma 18,1%), depozitlər 103,564 milyon manata (azalma 33,4%), əhalinin əmanətləri 6,516 milyon manata (azalma 37,2%) bərabərdir.
“Naxçıvanbank”ın kapitalı 110 milyon 535,29 min manat (azalma 1,5%), nizamnamə kapitalı 94 milyon manat (dəyişməyib) təşkil edir.
9 ayın yekunları üzrə bankın xalis mənfəəti 11 milyon 359,68 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 8,7% azdır.
Ölkənin yeganə regional bankı olan “Naxçıvanbank” 2008-ci ilin avqust ayında bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya alıb. Bankın səhmdarları fiziki şəxslərdir.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət