Rəsmi Bakı Kanadanın xarici işlər naziri Melani Jolini Cənubi Qafqazda proseslərlə bağlı qərəzli mövqedə ittiham edib və və təxribat xarakterli bəyanatlardan çəkinməyə çağırıb.
Azərbaycan XİN-in bəyanatında qeyd olunur ki, Jolinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə nümayiş etdirdiyi qərəzli mövqeyi tmamilə əsassızdır.
“Bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə Kanada naziri tərəfindən bunun əksinin iddia edilməsi, Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir”, - XİN-dən vurğulanır.
Həmçinin, Bakı Kanada nazirinə bildirib ki, Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etməməsinə ilə bağlı Azərbaycanla “təhdid dilində danışılması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz”.
Eyni zamanda, nazirlik çərşənbə günü İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Kanadanın xarici işlər naziri Melani Joli ilə birgə mətbuat brifinqi zamanı səsləndirilmiş iddialarını qətiyyətlə pisləyir.XİN-də hesab edirlər ki, bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdən başqa bir şey deyil.
Bakıda əlavə ediblər ki, məhz İrəvanın mövqeyinə görə sülh prosesi dayandı. “Ermənistan tərəfi sülh müqaviləsi üzrə danışıqların uğurla nəticələnməsinə imkan verməyib və indi də bir sıra təxribatçı addımları ilə prosesə mane olur. (...) Ermənistan xarici işlər naziri sülh prosesinin irəlilədilməsi üçün yaranmış şansdan bəhrələnmək əvəzinə, növbəti dəfə siyasi manipulyasiya ilə məşğul olur”, - XİN-dən vurğulanıb. **
X.Nəsirzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət