Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandakı türkiyəli hərbçilərin mandatının daha bir il uzadılması ilə bağlı memorandumu Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Söhbət Türkiyə hərbçilərinin Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində vəzifələrini davam etdirməsindən gedir.
Memorandum Ərdoğanın imzası ilə TBMM-in Rəyasət Heyətinə göndərilib.
Memorandumda qeyd olunur ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatda nəzərdə tutulan fəaliyyətlərin icrası davam edir.
“Azərbaycanın keçirdiyi antiterror tədbirləri nəticəsində regionun işğalına son qoyulsa da, yekun həllə nail olunmayıb, çünki sülh sazişi hələ imzalanmayıb. Türkiyə və Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətlərindən ibarət Birgə Mərkəz Qarabağda fəaliyyətini davam etdirir”, - deyə sənəddə qeyd olunur.
Memorandumda vurğulanır ki, Türkiyə hərbçilərinin Birgə Monitorinq Mərkəzində vəzifələrini davam etdirməsi Türkiyənin regionda aktiv və konstruktiv rolunun və milli maraqlarının tələblərinə cavab verir.
“Söhbət Türkiyə hərbçilərinin mandatının 2023-cü il noyabrın 17-dən etibarən daha bir il uzadılmasından gedir”, – deyə sənəddə bildirilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət