2023-cü ilin yanvar-sentyabr aylarının yekunları üzrə Azərbaycan İtaliyaya neftin ən iri tədarükçüsü statusunu qoruyub.
“İnterfaks-Azərbaycan” agentliyinin İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına əsaslanan hesablamalarına görə, yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 8,669 milyon ton neft tədarük edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 24,6% çoxdur.
Hesabat dövründə İtaliyaya Azeri Light markalı neft idxalını illik hesalamada 33,7% - 5,919 milyon tonadək, Azeri Blend neft idxalını 8,8% ildən ilə 2,75 milyon tonadək artırıb.
Yanvar-sentyabr aylarında İtaliyaya ümumi neft idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,7% azalaraq 45,549 milyon ton təşkil edib. Beləliklə, “İnterfaks-Azərbaycan”ın hesablamalarına görə, 9 ay ərzində İtaliyaya neft tədarükündə Azərbaycanın payı 19,03% təşkil edib.Yanvar-iyul aylarında İtaliyaya neftin əsas tədarükçülərinin beşliyinə Azərbaycan (8,669 milyon ton), Liviya (7,67 milyon ton), İraq (5,367 milyon ton), Qazaxıstan (4,736 milyon ton) və ABŞ (5,709 milyon ton) daxil olub.
Hesabat dövründə Rusiya İtaliyaya neft tədarük etməyib.
2023-cü ilin sentyabr ayında Azərbaycandan İtaliyaya neft tədarükü illik müqayisədə 87% - 1,307 milyon tona qədər artıb. Həmçinin, İtaliya “Azeri Light” markalı neftin idxalını 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 2,6 dəfə 881 min tonadək və Azeri Blend neftinin idxalını ildən ilə 17,9% 426 min tonadək artırıb.
Sentyabrda İtaliyaya ümumi neft idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,3% artaraq 5,96 milyon ton təşkil edib. Beləliklə, “İnterfaks-Azərbaycan”ın hesablamalarına görə, sentyabrda İtaliyaya neft tədarükündə Azərbaycanın payı 21,9% təşkil edir.
Sentyabrda İtaliyaya neftin əsas tədarükçülərinin beşliyinə Liviya (829 milyon ton), Azərbaycan (1,307 milyon ton), ABŞ (1,074 min ton), Səudiyyə Ərəbistanı (508 min ton) və İraq (505 min ton) daxil olub.
Yanvar-sentyabr aylarında “Azeri Light” markalı neftin bir bareli $88,12-yə (ildən ilə azalma 20,4%), “Azeri Blend” markalı neftin bir bareli $86,6-yə (azalma 24,5%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” markalı nefti isə müvafiq olaraq $80,95 və $82,85-ə alınıb.
Yanvar-sentyabr aylarında İtaliya üçün bir barel neftin orta idxal qiyməti $84,35 (azalma 18,4%) təşkil edib. Ən bahalı neft növü “CJ Blend” ($100,04), ən ucuz neft növü isə “Sarir” ($55,4) olub.
Sentyabrda “Azeri Light” markalı neftin bir bareli $99,1-ə (ildən ilə artım 2,3%), “Azeri Blend” markalı neftin bir bareli $95,09-a (ildən ilə azalma 7,9%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” markalı nefti isə müvafiq olaraq $91,79 və $97,13-yə alınıb.
Sentyabrda İtaliya üçün bir barel neftin orta idxal qiyməti $96,06 (ildən ilə artım 7%) təşkil edib. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət