Azərbaycan Mərkəzi Bankı 2024-cü ildə ölkədə illik inflyasiyanı 5-5,5% səviyyəsində proqnozlaşdırır.
“Mərkəzi Bankın son proqnozlarına görə davam edən pul siyasəti nəzərə alınmaqla 2024-cü ildə illik inflyasiyanın 5-5.5% civarında olacağı gözlənilir. Anflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda (4±2% - İF) formalaşmasını dəstəkləyəcəkdir”, - AMB-nin 2024-cü il üçün Pul Siyasətinin Əsas İstiqamətləri barədə bəyanatında deyilir.
Vurğulanır ki, Mərkəzi Bank özünün inflyasiya proqnozlarını müntəzəm yeniləyəcək.
AMB-də hesab edirlər ki, qiymət sabitliyi ilə bağlı bir sıra risklər 2024-cü il üzrə də aktuallığını saxlayır. Növbəti ildə də xarici faktorlar – dünya bazarında əmtəə qiymətlərinin dinamikası və ticarət tərəfdaşlarında inflyasiya prosesləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək. Qlobal mühitdə geosiyasi gərginliyin davam etməsi şəraitində sözügedən xarici faktorlar çox dəyişkən ola bilər. Xüsusən də dünya enerji qiymətlərinin kəskin dəyişkənliyi Azərbaycanın xarici şəraiti üçün təhdid yarada bilər”, - bəyanatda deyilir.
AMB-nin qiymətləndirmələrinə görə, 2023-cü ilin noyabrında 12 aylıq inflyasiya 2.6% təşkil edib. “Artıq 3-cü aydır ki, illik inflyasiya hədəf (4±2% - İF) daxilindədir”, - AMB vurğulayır.
İqtisadiyyat Nazirliyi 2024-cü ildə orta illik inflyasiyanı 5,3% səviyyəsində proqozlaşdırır.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9%, 2023-cü ilin proqnozu – 9,5% təşkil edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət