2023-cü ildə “Unibank”ın aktivləri `10,4% - 1 milyard 590,659 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2023-cü il tarixinə bankın kredit portfeli 1 milyard 47,741 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 17,8% - İF) təşkil edib. İstehlak kreditlərinin payı 627,606 milyon manat (artım 14,7%), biznes kreditlərinin payı 329,397 milyon manat (artım 20%), daşınmaz əmlak kreditləri 90,738 milyon manat (artım 33,3%) olub.
Bankın öhdəlikləri 1 milyard 441,83 milyon manat (artım 8,6%) təşkil edir. Banka qoyulan depozitlər 1 milyard 215,892 milyon manata (artım 22,8%), əhalinin əmanətləri 941,28 milyon manata (artım 22%) bərabərdir.
2023-cü ilin sonuna “Unibank”ın kapitalı 148,83 milyon manat (artım 31,2%), nizamnamə kapitalı 138,2 milyon manat (dəyişməyib) təşkil edir.
2023-cü ilin yekunları üzrə bankın xalis mənfəəti 32,931 milyon manat (2022-ci illə müqayisədə artım 59 dəfə - İF) təşkil edib.
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycan bankları arasında 7-ci yeri tutur. Bankın səhmdarları 7 fiziki şəxs, əsas səhmdarı Eldar Qəribovdur (kapitalda payı 94,0763%-dir).**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət