2023-cü ildə Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 1 milyard 222,5 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 25,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 888,1 milyon manat (artım 22%) və ya bazar üzrə bütün sığorta haqlarının 72,6%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 545,2 milyon manat (artım 28,2%), qeyri-həyat sığortası üzrə sığorta haqları 342,9 milyon manat (artım 13,2%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 334,4 milyon manat (artım 37,7%) təşkil edib.
Hesabat ilində sığortaçılar həyatın yaşam sığortası (505 milyon manat), könüllü tibbi sığorta (121 milyon manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (170,9 milyon manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 65,2%-ni təmin edib.
2023-cü ildə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 587,3 milyon manat yönəldiblər ki, bu da 2022-ci ilin göstəricisindən 35,6% çoxdur.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 479,3 milyon manat (artım 42%) və ya bazar üzrə bütün ödənişlərin 81,6%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 294,8 milyon manat (artım 20,5%), qeyri-həyat sığortası üzrə ödənişlər 184,5 milyon manat (artım 98,6%) məbləğində olub.
İcbari sığorta növləri üzrə ödənişlər 108 milyon manat (artım 13,1%) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (97,9 milyon manat), həyatın yaşam sığortası (292,5 milyon manat) və könüllü tibbi sığorta (82,4 milyon manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 80,5%-ni təmin edib.
2023-cü ildə həyatın yaşam sığortası üzrə ödənişlər 2022-ci illə müqayisədə 20,8% artıb.
2023-cü ildə Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət göstərib. 2023-cü ilin sonuna 18 sığorta şirkəti lisenziyaya malik olub.
AMB-nin məlumatına görə, 2023-cü ildə sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-liyinə “PAŞA Həyat Sığorta” (517,5 milyon manat), “PAŞA Sığorta” (293,1 milyon manat), “Atəşgah Həyat Sığorta” (71,6 milyon manat), “Qala Sığorta” (64,3 milyon manat) və “Atəşgah Sığorta” (44,9 milyon manat) daxil olub.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 80,9%-i bu 5 şirkətin payına düşüb.
2023-cü ildə ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-liyində “PAŞA Həyat Sığorta” (266,2 milyon manat), “PAŞA Sığorta” (144 milyon manat), “Azərbaycan Sənaye Sığorta (32,3 milyon manat), “Atəşgah Həyat Sığorta” (25,7 milyon manat) və “Xalq Sığorta” (22 milyon manat) qərarlaşıb.
Bu dövrdə sığortaçıların ödənişlərinin 83,5%-i bu 5 şirkətin payına düşüb.
2023-cü ildə sığorta sektorunun penetrasiya səviyyəsi 0,99% təşkil edib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət