Rusiya Federasiyasının və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan enerji sahəsində birgə layihələri və qarşıdakı ikitərəfli əlaqələrin cədvəlini müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi xəbər verir.
"İkitərəfli ticarət-iqtisadi əməkdaşlığın aktual məsələləri ətraflı nəzərdən keçirilib. (...) Enerji sahəsində əsas Rusiya-Türkiyə layihələrinin həyata keçirilməsinin gedişatına toxunulub. Qarşıdakı ikitərəfli əlaqələrin cədvəli müzakirə olunub", - RF XİN-in saytında məlumat verilir.
Bundan əlavə, tərəflər bir sıra beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
«Ölkələrimizin kəskin regional problemlərin, ilk növbədə, Qəzza, Suriya, bütövlükdə Yaxın Şərq və Qara dəniz zonasında, habelə Cənubi Qafqazda mövcud olan vəziyyətə dair qarşılıqlı qəbul edilə bilən həllərin koordinasiyasının tələb olunduğu təsdiqlənib», - məlumatda deyilir. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət