Çərşənbə axşamı Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərində İsrail və Fələstin birləşmələri arasında hərbi əməliyyatlar fəallaşıb. Bu barədə çərşənbə axşamı qərb mətbuatı məlumat verir.
Dünən İsrail Müdafiə Ordusu (İMO) bu şəhərdə HƏMAS qruplaşmasının mövqeyinə yeni hücuma başlaıb. Hərbçilər Xan-Yunisdə bir çox reydlər keçirdiklərini, qruplaşmanın bir sıra komanda məntəqələrini nəzarətə keçirdikərini bildiriblər.
Fələstin Qırmızı Aypara Cəmiyyəti İsrail qoşunlarını çərşənbə axşamı səhər saatlarında Xan-Yunisdəki nümayəndəliyinə artilleriya zərbəsi endirməkdə, həmçinin pilotsuz təyyarələr tətbiq etməkdə günahlandırılıb, nəticədə burada gizlənən köçürülmüş şəxslər yaralanıb.
Eyni zamanda, İsrail komandanlığı elan edib ki, dünən Qəzza zolağında 21 israilli hərbçi həlak olub. “Associated Press” qeyd edir ki, bu, Qəzzada hazırki əməliyyat dövründə İMO-nun itkilərinin ən yüksək rəqəmidir.
İMO-nun nümayəndəsi Daniel Xaqari bəyan edib ki, əsgərlərin ölümünə səbəb olan hadisə Qəzzanın mərkəzi hissəsində onun sərhədi yaxınlığında, Kisufim kibutsu yaxınlığında baş verib. Onun sözlərinə görə, hərbçilər sakinlərin sərhədə qayıtmasına imkan verən bufer zonasının yaradılması üçün HƏMAS obyektlərini məhv edirdilər.
Öz növbəsində, İsrailin müdafiə naziri Yoav Qallant bildirib ki, İsrail bu hadisə ilə əlaqədar «ağır və əzablı səhər» keçirir. "Bu, İsrailin yaxın onilliklər üçün gələcəyini müəyyənləşdirəcək müharibədir; əsgərlərin ölümü bizi bu mübarizənin məqsədlərinə çatmağa məcbur edir", - nazir deyib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət