Azərbaycan Mərkəzi Bankının (AMB) qiymətləndirmələrinə əsasən, 2024-cü ildə Azərbaycanda illik inflyasiya hədəf diapazonunda (4±2%) olacaq.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, AMB-nin uçot dərəcəsi üzrə bəyanatında deyilir ki, bank cari makroiqtisadi vəziyyəti nəzərə alaraq 2024-cü ilin inflyasiya proqnozunu dəyişiməz saxlayıb.
“Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. 2024-cü ilə inflyasiya proqnozu dəyişməz saxlanılmışdır.2024-cü ildə illik inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir”, - AMB qeyd edir.
Bankın məlumatına görə, 2023-cü ildə 12 aylıq inflyasiya 2.1% təşkil etməklə hədəf (4±2%) diapazonunun aşağı hissəsində formalaşıb.
“2023-cü ildə inflyasiyada istehlak səbətinin bütün qrup komponentləri üzrə azalma müşahidə edilib. İllik ərzaq inflyasiyası 0.8%, qeyri-ərzaq inflyasiyası 2.7%, xidmətlər inflyasiyası isə 3.7% təşkil edib”, - bəyanatda bildirilir.
AMB qeyd edir ki, inflyasiyanın artacağını gözləyən ev təsərrüfatlarının payı 2023-cü ilin III rübündəki 81%-dən IV rübdə 69%-ə enib.
2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 2022-ci ildə 13,9% ilə müqayisədə 8,8%-ə qədər azalıb.
Azərbaycan Iqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə orta illik inflyasiyanı 5,3% səviyyəsində proqnozlaşdırır. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət