Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə qarşıdakı səfəri zamanı həmkarı Rəcəb Ərdoğanla Rusiya-Türkiyə münasibətlərini, regional problemləri və Ukrayna məsələsini müzakirə edəcəyi gözlənilir. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Səfər hazırlanır. Biz bu səfəri gözləyirik, xüsusilə həm Putin, həm də Ərdoğan çoxdan bu barədə razılığa gəliblər. Onlar mütəmadi olaraq, daha çox telefonla danışırlar. Amma mütləq ildə bir neçə dəfə üz-üzə görüş keçirirlər. Hər dəfə bu görüş gündəlik baxımından çox dolğun olur. Bu, əlbəttə ki, ilk növbədə, Rusiya-Türkiyə ikitərəfli münasibətlərdir, ticarət-iqtisadi əməkdaşlığımızdır", - Peskov cümə günü jurnalistlərə bildirib.
«Əlbəttə ki, regional problemlər hər zaman müzakirə olunur, əlbəttə ki, Ukrayna məsələsi», - o əlavə edib.
Mətbuat katibi xatırladıb ki, «az sayda ölkələrdən biri olan Türkiyə kifayət qədər prinsipial və müstəqil mövqe tutub» və Rusiya Federasiyası ilə ticarət-iqtisadi kooperasiya qurmaqda davam edir.
"Bu sahədə bir çox aspektlər var. Məlumdur ki, Türkiyə misli görünməmiş təzyiqlə, çox vaxt anqlosaksların misli görünməmiş təzyiqi ilə qarşılaşır, Türkiyəni öz maraqlarına ziyan vurmağa, heç olmasa bizimlə qarşılıqlı əlaqəni minimuma endirməyə çalışırlar. Lakin Türkiyə öz suverenliyini qoruyur", - Peskov qeyd edib.
O əlavə edib ki, səfərin tarixi barədə zamanı gələndə məlumat veriləcək. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət