Azərbaycan Çin ilə əlaqələri yeni səviyyəyə qaldırmaqda maraqlıdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbuledırkən bildirib.
“Əliyev Azərbaycanın Çin ilə əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaqda maraqlı olduğunu vurğuladı”, - Azərbaycan liderinin saytındakı məlumatda deyilir.
Əliyev COP çərçivəsində Azərbaycanın Çin ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirdi, “Çinin bərpaolunan enerji sahəsində mükəmməl texnoloji nailiyyətlərə imza atdığını, bu sahədə Azərbaycanın Çinlə əməkdaşlığa hazır olduğunu” dedi. Dövlət başçısı bəyan edib ki, yaşıl keçid Azərbaycanın prioritetlərindən biridir, bu sahədə birgə istehsal müəssisələrinin yaradılmasında ölkəmiz maraqlıdır”.
Əliyev “Azərbaycanın vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü daim dəstəklədiyini və Tayvanın müstəqilliyini tanımadığını, orada keçirilən seçkiləri qəti şəkildə pislədiyini” vurğuladı.
Məlumatda deyilir ki, dövlət başçısı Orta Dəhlizin inkişafı istiqamətində Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə müəssisə yaratdığını bildirdi. Bu xüsusda Azərbaycanın Çinlə də əməkdaşlığa hazır olduğunu qeyd edərək, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri zamanı Çindən olan yük qatarının Bakıda qəbul edilməsinin mühüm məqam olduğunu vurğuladı və “bunu Orta Dəhlizin nəqliyyat potensialının nümayişi kimi qiymətləndirdi”.
Çin Hökumətinin xüsusi nümayəndəsi Azərbaycanın Çinin ərazi bütövlüyünə göstərdiyi davamlı və qətiyyətli dəstəyə görə minnətdarlığını bildirdi. Vu Honqbo bəyan edib ki, “Azərbaycan ilə Çin arasında əlaqələr qarşılıqlı etimad əsasında inkişaf edir, ikitərəfli münasibətlər çox yaxşı səviyyədədir”. “Qonaq “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığını və Orta Dəhlizin ölkəsi üçün böyük əhəmiyyətə malik olduğunu qeyd etdi”, - məlumatda deyilir.
Vu Honqbo “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XI Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı, bu çərçivədə də mühüm müzakirələrin aparılacağını qeyd etdi”.
“Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Çinin qarşılıqlı dəstəyi və bu xüsusda əməkdaşlıq, həmçinin ölkələrimiz arasında mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirildi”, - məlumatda deyilir. **
İnformasiya şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət