Azərbaycan qazının Avropaya tədarükü 2020-ci ilin oktyabr ayından əvvəl başlamayacaq. Bu barədə TANAP konsorsiumun baş direktoru Saltuk Düzyol məlumat verib.
“Azərbaycan qazının Avropaya kommersiya tədarükü 2020-ci ilin oktyabr ayından əvvəl olacağı real görünmür”, - Düzyol “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, Avropaya tədarükün başlanması tarixi TAP qaz kəmərinin tikintisi işlərinin başa çatmasından asılıdır. “Tədarük 2020-ci ilin sonuna qədər başlayacaq, lakin bu məsələni şərh etməyi düzgün hesab etdirəm”, - Düzyol “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında əlavə edib.
Düzyol bildirib ki, TANAP konsorsiumu ilə Azerbaijan Gas Supply Company arasında razılığa əsasən, TAP üzrə işlər başa çatdıqdan sonar Avropaya qaz tədarükü başlanması ilə TANAP ilə 2020-ci il 1 iyul tarixindən - 2020-ci il 30 dekabr tarixinədək – 6,1 mlrd. kubmetr qaz, 2021-ci il 1 yanvar tarixindən – 2021-ci il 31 mart tarixinədək – 6,2 mlrd. kubmetr, 2021-ci il 1 aprel tarixindən – 2021-ci il 31 dekabr tarixinədək – 7,2 mlrd. kubmetr qaz, 2022-ci il 1 iyun tarixindən – 10,2 mlrd. kubmetr qaz tədarükünə dair öhdəliklər var.
Məlum olduğu kimi, 2019-cu il iyulun 1-dən TANAP Azərbaycan qazının Avropaya tədarükü üçün tam hazır vəziyyətdədir.
2018-ci ildə TANAP ilə 916,4 mln. kubmetr qaz nəql olunub. Öncə “SOCAR Turkiye Enerji” şirkətinin (SOCAR-ın törəməsi, ARDNŞ) baş direktoru Zaur Qəhrəmanova istinadən məlumat verilib ki, cari il TANAP ilə 3 mlrd. kubmetr həcmində Azərbaycan qazının tədarükü nəzərdə tutulur. 2020-ci ildən etibarən TANAP ilə Azərbaycan qazının illik tədarük həcmi 6 mlrd. kubmetr təşkil edəcək.
Xəbər verildiyi kimi, TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi $7,99 mlrd. həcmində qiymətləndirilir.
Perspektivdə boru kəmərinin ötürülmə qabiliyyəti illik 24 mlrd. kubmetr qaz, sonra isə 31 mlrd. kubmetrə çatdırılacaq.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, SOCAR Turkiye Enerji (7%), BOTAS - 30%, BP - 12%. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət