Azərbaycan Mərkəzi Bankı (AMB) 2020-ci ildə inflyasiyanı 4% səviyyəsində saxlamaq niyyətindədir. Bunu bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“2020-ci ildə AMB makroiqtisadi sabitliyi saxlamağı planlaşdırır, bunun elementlərindən biri inflyasiyanı aşağı səviyyədə saxlamaqdır. İnflyasiya üzrə hədəflərimiz dəyişməyib - 4±2% dəhlizində saxlamaqdır. Lakin, bütövlükdə, hədəfimiz inflyasiyanı 4% səviyyəsində saxlamaqdan ibarətdir, bu da son 3 il ərzində mövcud vəziyyətə uyğundur”, - Rüstəmov bu gün sahibkarlar və bank sektorunun nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, makroiqtisadi sabitliyin təminatı çərçivəsində AMB milli valyutanın məzənnəsinin sabitliyini saxlayacaq.
Öncə Azərbaycan Mərkəzi Bankından (AMB) bildiriblər ki, 2020-ci ildə inflyasiyanı 4±2 faiz dəhlizində saxlamaq hədəfinə nail olmaq üçün Mərkəzi Bank arsenalında olan bütün alət və mexanizmlərdən adekvat istifadə edəcək, pul siyasətini həyata keçirərkən öz qərarlarının ardıcıllığı və nəticə əsaslı olmasını diqqətdə saxlayacaq. 2020-ci ildə bir sıra daxili və qlobal risklər inflyasiya hədəfinə nail olmağa təsir göstərə bilər. Qlobal risklər ilk növbədə, dünya iqtisadiyyatının gözlənildiyindən aşağı templə artması, proteksionizm meyillərinin davam etməsi və geosiyasi gərginliklər şəraitində neftin mümkün qiymət dəyişkənliyi ilə bağlıdır. “Daxili risklərə fiskal aktivlik və fiskal kəsir nəticəsində pul kütləsinin genişlənməsini, istehlak kreditlərinin inflyasiya genuşlənməsini, eləcə də gözləntilərin assimetrikliyini aid etmək olar”, - deyə AMB qeyd edir.
Hökumətin proqnozlarına görə, 2020-ci ildə inflyasiya 4.6% olacaq.
Azərbaycan hökuməti 2019-cu ildə orta illik inflyasiyanın 2.8% səviyyəsində olacağını gözləyir.
2018-ci ildə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət