Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiq edib.
Dövlət başçısının saytında dərc olunan dəyişikliklərə əsasən, Qarabağ müharibəsində Azərbaycanın qələbəsi münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri təsis olunub. Bundan başqa, “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü” medalı, “Döyüşdə fərqlənməyə görə” medalı, “Suqovuşanın azad olunmasına görə”medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə”medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Zəngilanın azad olunmasına görə”medalı, “Qubadlının azad olunmasına görə” medalı, “Şuşanın azad olunmasına görə”medalı, “Kəlbəcərin azad olunmasına görə”medalı, “Ağdamın azad olunmasına görə” medalı, “Laçının azad olunmasına görə”medalı, “Vətən Müharibəsi iştirakçısı”medalı, “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”medalı təsis olunur. **
Xəbər verildiyi kimi, sentyabrın 27-dən noyabrın 9-dək Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar zamanı Azərbaycan hərbçiləri 5 şəhər daxil olmaqla – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa, 300-ə qədər yaşayış məntəqəsi azad olunub. Bundan başqa, Azərbaycan, Ermənistan və RF liderlərinin üçtərəfli bəyanatına əsasən noyabrın 20-dək Ağdam rayonu, noyabrın 25-dək – Kəlbəcər rayonu, dekabrın 1-dək – Laçın rayonu Azərbaycana qaytarılıb. Bütövlükdə, hərbi əməliyyatlar zamanı Azərbaycan 5 min kvadrat kilometrə yaxın ərazini qaytarıb. Üçtərəfli bəyanat çərçivəsində Azərbaycana daha 5 min kvadrat kilometr ərazini qaytarılıb.
Dekabrın 1-də prezident İlham Əliyev bəyan edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmuş hesab edilir. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət