S&P Global Ratings beynəlxalq reytinq agentliyinin analitikləri hesab edirlər ki Azərbaycanla Türkiyə arasında valyuta svopu çərçivəsində əməliyyat Azərbaycan Mərkəzi Bankın valyuta ehtiyatlarının kəskin azalmasına gətirməyəcək.
Yanvarın 20-də «Middle East Eye» nəşri Türkiyənin iki məmuruna istinadən məlumat verib ki, Azərbaycan valyuta svopu çərçivəsində Türkiyəyə 1 milyard avro təqdim edəcək. “Yaxın zamanda Azərbaycan və Türkiyə arasında 1 milyard avro dəyərində svop müqavilə imzalanacaq. Müqavilə demək olar ki, hazırdır, bürokratik məqamlar zaman tələb edir”, - nəşr məlumat verir.
“Bizə məlumdur ki, AMB ilə Türkiyə Mərkəzi Bankı arasında valyuta ehtiyatlarının artırılması ilə əlaqədar TMB-yə svop xəttinin təqdim edilməsi planına dair danışıqlar aparılır. Konkret detallar hələlik olmasa belə, biz mümkün müqaviləni əhəmiyyətli dərəcədə siyasi cəhətdən əsaslandırılmış kimi nəzərdən keçiririk və bunun AMB-nin ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına gətirəcəyini gözləmirik”, - “İnterfaks-Azərbaycan” agentliyi S&P-nin analitiklərinə istinadən məlumat verir.
2022-ci ilin əvvəlinə AMB-nin valyuta ehtiyatları təxminən $7,1 milyard təşkil edir. **
A.Əzizov
Əliyev və Qaribaşvili ikitərəfli əlaqələrin gələcəkdə möhkəmlənəcəyinə əminlik ifadə ediblər
Azərbaycan XİN: Bakı İrəvanı ATƏT-in Minsk qrupunu dirçəltməyə zaman sərf etməməyə çağırır
Azərbaycanda COVID-19-a 12 yoluxma faktı qeydə alınıb
Azərbaycan investorları Kislovodskda premium sinif sanatoriya inşa edəcəklər
Baş plan: Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisi 237 hektar təşkil edəcək
Prezident Əliyevə Kəlbəcər şəhərinin baş planı təqdim edilib
“AzerGold” Daşkəsəndə sosial layihələrə 610 min manat yönəldəcək
Mirzoyan İrəvanın Bakı ilə sülh sazişi üzrə məsləhətləşmələrə başlamağa hazır olduğunu bəyan edir
Lavrov: “Aİ və NATO Rusiya ilə müharibə üçün koalisiya toplayır”
Lavrov: “Minsk qrupu fəaliyyətini ABŞ və Fransanın təşəbbüsü ilə dayandırıb”
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi
İyunun sonunda Bakıda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq