Azərbaycan Rusiya və ya İran tərəfindən təzyiqlə üzləşmir, bunun səbəbi Bakının balanslaşdırılmış siyasətidir. Bu sözləri Prezident İlham Əliyev deyib.
“Xeyr, qətiyyən yox. Bunun səbəbi odur ki, bizim regiondakı münasibətlərimiz çox yaxşı balanslaşdırılmışdır, onların öz dinamikası var”, - deyə dövlət başçısı İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində Azərbaycanın Rusiya tərəfindən kommersiya və diplomatik sahələrdə hər hansı təzyiqlə üzləşib-üzləşməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanın hər bir qonşu ilə xüsusi ikitərəfli əməkdaşlıq gündəliyi var və bu gündəlik bütün qonşularla fərqlidir. “Biz hər bir qonşumuzla ədalətli və səmimi davranırıq, heç vaxt vədimizi pozmuruq. Əgər nəyisə deyiriksə, qonşularımız əmin olurlar ki, biz onu edəcəyik. Bizim sözümüzün imzamız qədər qüvvəsi var. Ona görə də bu çətin vəziyyətdə biz nə Rusiyadan, nə də İrandan mövqeyimizlə bağlı hər hansı mesaj almamışıq. Bizim mövqeyimiz çox sadədir. Biz hər bir dövlətin ərazi bütövlüyünü daim dəstəkləyirik və bu, fundamental mövqedir”, - deyə İ.Əliyev vurğulayıb.
“Bəli, bu, bizim öz problemimizə əsaslanırdı. Çünki bizim ərazi bütövlüyümüz pozulmuşdu və biz indi ərazi bütövlüyümüzü bərpa etdikdən sonra da bu mövqedəyik. Çünki ölkənin ərazi bütövlüyü zor tətbiq edilərək pozula bilməz, bu, beynəlxalq hüququn pozulmasıdır. Bu mövqe kiminsə xoşuna gələ bilər, kiminsə yox, ancaq onlar bunu nəzərə almalıdırlar. Qısa olaraq demək istəyirəm ki, bizim regional inkişafla bağlı narahatçılıq yaradan heç bir məqamımız yoxdur”, - deyə prezident əlavə edib.
Onun sözlərinə görə, Bakının keçən il Ankara ilə imzaladığı müttəfiqlik haqqında Bəyannamə regional sabitlik üçün çox əhəmiyyətli amildir. “Türkiyənin Azərbaycana həm siyasi, həm də mənəvi dəstək göstərdiyi İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim münasibətlərimiz daha da gücləndi. Beləliklə, bu, çox mühüm amildir. Türkiyə və Azərbaycan regionda bir çox məsələlərlə bağlı demək olar ki, vahid komanda kimi hərəkət edir. Bu da hamı tərəfindən nəzərə alınmalıdır”, - deyə dövlət başçısı əlavə edib.*
R.Kərimov
2022-ci ildə SOCAR $99 milyon dəyərində neft bitumu və neft koksu ixrac edib
2022-ci ildə SOCAR 7,8 milyon tona yaxın neft və 8,1 milyard kubmetrdən çox qaz hasil edib
FHN: İranda baş vermis zəlzələ Naxçıvanda hiss olunub, dağıntı və tələfat yoxdur
Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradır
Prezident Əliyev “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
Paşinyan Ermənistan ordusunu qadınlar hesabına gücləndirməyi planlaşdırır
İran XİN və DİN başçıları Azərbaycanın Tehrandakı səfirliyinə hücumu müzakirə ediblər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank-ın mikro krediti ilə biznes məqsədlərinizə çatın
Birbank lotereyasının qalibləri müəyyən olundu
Bank Respublika və IFC sahibkarlığın dəstəklənməsi üçün iri həcmli kredit sazişi imzalayıb
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir