Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Bu barədə Özbəkistan liderinin dəftərxanasından məlumat verilib.
“Prezidentlər yüksək səviyyədə əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin gedişini nəzərdən keçiriblər. Sistemli və məhsuldar təmaslar sayəsində Özbəkistan-Azərbaycan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb, konkret məzmunla zənginləşib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, ötən il Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 50 faizdən çox artıb, maşınqayırma, tekstil sənayesi və ipəkçilik kimi prioritet sahələrdə layihələrin həyata keçirilməsi aktiv fazadadır.
“Neft-qaz sektoru, nəqliyyat və logistika sahəsində perspektivli layihələr hazırlanır”, - deyə məlumatda bildirilir.
Dövlət başçılarının görüşü zamanı azad iqtisadi zonaların fəaliyyətinin və vergi inzibatçılığı sisteminin inkişafı üzrə təcrübə mübadiləsinə maraq ifadə edilib, mədəni-humanitar mübadilələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Əliyev və Mirziyoyev, həmçinin aktual beynəlxalq və regional məsələləri də müzakirə edib, qarşıdakı tədbirlərin qrafikini nəzərdən keçiriblər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevin dəvəti ilə martın 1-də Bakıya işgüzar səfərə gəlib. Mirziyoyev martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edəcək.*
R.Kərimov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət