Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan qoşunları ilə təmas xəttindəki son təxribatları ABŞ-ın dövlət katibi Hillari Klintonun regiona səfəri ilə əlaqədardır. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov cümə günü jurnalistlərə belə söyləyib.
“Yəqin ki, ABŞ dövlət katibinin səfəri Ermənistana himayədarlıq edən bəzi dövlətlərin xoşuna gəlməyib və onlar bu insidenti təşkil ediblər.Hər halda, ermənilər bir daha bütün dünyaya öz həqiqi simalarını nümayiş etdirdilər”,- deyə o bildirib.
Ermənistan prezidenti Sery Sarkisyanın Ermənistanın və tanınmamış Dağlıq Qarabağın dövlət sərhədlərinə qarşı istənilən təxribatın qarşısının ciddi şəkildə alınacağı barədə fikirlərinə Ə.Həsənov “İt hürər, karvan keçər”məsəli ilə cavab verib.
“Ermənistanın vəziyyəti bu məsələ uyğundur.Ermənistan rəhbərliyi ilk dəfə deyil ki, Azərbaycanı hədələyir”,- deyə o əlavə edib.
Onun sözlərinə görə, beynəlxalq vasitəçilərin silah tətbiq etməmək barədə çağırışlarını müsbət qarşılamaq lazımdır.
“20 ildir ATƏT-in Minsk qrupuna həmsədr ölkələr və digər dövlətlər Qarabağ münaqişəsi tərəflərinə müharibəni dayandırmağa çağıran bəyanatlarla çıxış edirlər. Lakin sual yaranır, belə bəyanatlarla çıxış edən və danışıqlar prosesində bilavasitə iştirak edən dövlətlər problemin həllini tapması və müharibə aparılmasına lüzum qalmaması üçün hansı addımları atırlar?Əgər buna bu nöqteyi-nəzərdən yanşsaq, onda boş bəyanatlardan başqa heç bir şey”,- deyə Ə.Həsənov vurğulayıb.
“Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, əgər Ermənistan öz mövqeyindən əl çəkməzsə,onda Azərbaycan dövləti onun Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə istənilən an işğal edilmiş torpaqları azad edəcək.Dövlət başçısı tərəfindən dəfələrlə verilmiş bu bəyanat bu gün də qüvvədədir”,- deyə baş nazirin müavini söyləyib.
“Sarkisyanın sərsəm bəyanatlarına gəlincə, bu onun işidir.O bunu qorxudan edir.Ermənistan çox ağır vəziyyətdədir, çünki hamiləri tədricən ona kömək etməkdən imtina edirlər. Qarabağ münaqişəsinin həllinin açarları Rusiya dövlətindədir ,biz hesab edirik ki, o nəhayət bu məsələ ilə bağlı öz oyektiv mövqeyini bildirəcək”,- deyə o qeyd edib.
Son bir neçə gündə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginlik müşahidə olunur.Müdafiə Nazirliyinin məlumatlarına əsasən,Ermənistanın təxribatçı qrupları dəfələrlə cəbhə xəttini keçməyə cəhd göstərsə də, bütün cəhdlərin qarşısı alınıb. Azərbaycanın 5 əsgəri həlak olub,bir neçə əsgər yaralanıb.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət