ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın XİN başçısı Eymon Qilmor və Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov cümə axşamı Bakıda keçirilən görüşdə ilk növbədə Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.
“İlk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etdik.E.Qilmor İrəvanda keçirdiyi görüşlər barədə məlumat verdi.” Biz belə qənaətə gəldik ki, tezliklə münaqişənin həllinə nail olmaq lazımdır, çünki status – kvo qəbuledilməzdir”,- deyə E.Məmmədyarov E.Qilmorla birgə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, vasitəçilər “xoşagəlməz insidentlərin bir daha təkrarlanmaması üçün” bütün tədbirləri görməlidirlər.
E.Məmmədyarov qeyd edib ki,iyunun 18-də Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq.
“Mən hər iki tərəfi münaqişənin nizamlanmasının əsas prinsiplərinin hazırlanması üzrə işləri gücləndirməyə çağırıram.Mən eləcə də münaqişə zonasındakı insidentlərdən narahatlığımı bildirirəm.Tərəflər güc tətbiq etməkdən çəkinməlidirlər.Sülh yeganə həll yoludur,münaqişə güc yolu ilə həll edilə bilməz”.- deyə ATƏT sədri bildirib.
Onun sözlərinə görə, ATƏT tərəflərə hər hansı qərarı zorla qəbul etdirə bilməz. Tərəflər özləri həll etməlidirlər (Qarabağ münaqişəsini-İF-Az)
.”Snayperlərin cəbhə xəttindən çəkilməsi və bunun yerinə yetirilmə mexanizminin həlli vacibdir. Həmçinin, biz rəhbərliyin xalqlar arasında diqaloqun qurulması üçün nələr edə biləcəyi barədə də müzakirə aparmışıq”,- deyə E.Qilmor əlavə edib.
E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan ümumilikdə,snayperlərin geri çəkilməsi mexanizmi ilə razılaşır.”Lakin, bu mexanizm yalnız biz bütün məsələləri həll etdikdən sonra işləyəcək.Ermənistan qoşunları işğal edilmiş torpaqlardan çıxarsa, bu mexanizm əlbəttə mümkün ola bilər.Lakin, bunu indi təklif etmək status-kvonun möhkəmlənməsi deməkdir”.- deyə o bildirib.
“Əlbəttə, gənc əsgərlərin həlak olması kədərləndirici haldır.Lakin digər tərəfdən snayperlər orada elə belə dayanmayıblar.Ora cəbhə xəttidir.Əgər Ermənistan rəhbərliyi əsgərlərinin ölməsini istəmirsə, qoşunlarını geri çəksin.Bu baş verərsə snayperlərə ehtiyac qalmayacaq”,- deyə Azərbaycanın XİN başçısı vurğulayıb.
.E.Qilmor qeyd edib ki,İrəvanda və Bakıda Qarabağın azərbaycanlı və ernəni icması ilə görüşüb.
“Məlumdur ki,üç əsas prinsip tərəflər arasında razılaşdırılıb: ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi və güc tətbiq etməmək.ATƏT bunu dəstəkləyir.Bu prinsipləri eyni anda tətbiq etmək lazımdır, bunları ayrı-ayrılıqda etmək mümkün deyil.Mən ümid edirəm ki, iki nazirin Parisdəkeçirilən görüşü səmərəli olacaq”,- deyə E.Qilmor söyləyib.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayında yaradılıb.ATƏT münaqişə tərəflərinin sülh şərtlərinə əməl etməsi barədə məlumat toplamaq üçün təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə müntəzəm olaraq cəbhə xəttinə monitorinqlər təşkil edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət