Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq vasitəçilər bu problemin həll edilməsi məqsədi ilə Ermənistana təzyiq göstərməlidirlər. Politoloq Fikrət Sadıqov belə hesab edir.
“ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsi üzrə həmsədr ölkələri Ermənistanı ağıllandırmalıdır”, - deyə F.Sadıqov “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Bununla əlaqədar politoloq ötən həftə Meksikada keçirilən G-20 sammitində Rusiya, ABŞ və Fransa prezidentlərinin qəbul etdikləri bəyanatın məzmununa təəccüb etdiyini bildirib. “Həm Azərbaycan, həm də Ermənistana, yəni təcavüzə məruz qalan ölkəyə və təcavüzkar ölkəyə problemin həlli üçün kompromis tapmaq barədə eyni zamanda olan çağırış aydın deyil. Azərbaycan və Ermənistanın eynilşdirilməsi ya problemin mahiyyətini anamamaqdan və ya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin Qarabağ problemini ədalətlə və qəti surətdə həll etmək istəmədiklərindən irəli gəlir. Azərbaycanı kompromis və birgə yaşamağa çağırmaq lazım deyil, çünki ölkəmiz nəinki hər zaman buna hazır olub, həm də dəfələrlə sxemlər, formatlar, Dağlıq Qarabağda azərbaycanlılar və ermənilərin birgə yaşamalarının Avropa modellərini təklif edib”, - deyə F.Sadıqov bildirib.
Politoloq həmçinin Rusiya, ABŞ və Fransa prezidentlərinin Bakı və İrəvana düşməncəsinə ritorikadan çəkinmək barədə müraciəti ilə raılaşmadığını bildirib. “Azərbaycan başqasına məxsus topraqları işğal etməyib və buna cəhd etmir. Azərbaycan yalnız işğal edilən torpaqların azad edilməsini və beynəlxalq təşkilatların bu məsələyə dair qəbul etdikləri qərarların icrasının zərurətini bəyan edir. Buna görə, əslində ritorika ilkin deyil, törəmədir və real yaranan siyasi, hərbi-siyasi vəziyyətdən irəli gəlir. Bundan başqa, Azərbaycanı hərbi ritorikanın basılmasında ittiham etmək olmaz. Azərbaycan rəhbərliyinin ölkənin heç vaxt torpaqlarının işğalı ilə barışmayacağı və sülh danışıqların nəticəsiz bitdiyi halda bu torpaqları digər yolla azad edəcəyi barədə bəyanatları heç cür hərbi ritorika hesab etmək olmaz. Çünki hər bir dövlətin əsas məqsədi ərazisinin müdafiəsidir”, - deyə F.Sadıqov bəyan edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət