Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşü sentyabrın sonunda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilə bilər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
"ATƏT-in Minsk qrupunun həmsədrləri bu görüşdən əvvəl hər bir nazirlə (Azərbaycan və Ermənistan XİN başçıları ilə – İF-Az.) Avropa şəhərlərindən birində ayrılıqda görüşmək, daha sonra isə Nyu-Yorkda görüş keçirmək istəyirlər", - deyə E.Məmmədyarov çərşənbə günü Bakıda rəsmi səfərdə olan Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Polşa XİN başçısını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların cari vəziyyəti haqda məlumatlandırıb.
R.Sikorski bildirib ki, Polşa Qarabağ münaqişəsinin öz həllini tapmamasından narahatdır. "Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, qondarma “Dağlıq Qarabağ Respublikası”nı isə tanımırıq" – deyə o bəyan edib.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət