Azərbaycan bütün qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin tərəfdarıdır. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı cümə günü Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasında bəyan edib.
“Biz bütün qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin inkişafının tərəfdarıyıq və heş zaman onlara qarşı ərazi iddiaları ilə çıxış etməmişik. Əgər bu gün separatizmə yol verilərsə, millətlərin öz müqəddəratını təyin etmə hüququ pərdəsi altında müəyyən qüvvələrə millətçi və separatçı məqsədlərini həyata keçirməyə imkan verilərsə, o zaman dünyada xaos yaranar. Bu səbəbdən bütün məsələlərə obyektiv nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Lakin, əfsuslar olsun ki, Ermənistanda bu məsələlərə səhv mövqedən yanaşırlar”, - deyə M.Qurbanlı vurğulayıb.
O qeyd edib ki, Azərbaycanda hakim və müxalifət partiyalarının nümayəndələri Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizamlanması məsələsində həmfirikdirlər.
“Biz ərazimizin bir metrini də kiməsə bağışlamaq niyyətində deyilik. Mütərəqqi dünya Azərbaycanın işğal edilən ərazilərinə dair BMT TŞ, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmalıdır. Buna əks olaraq, Ermənistan fəal “dəvəquşu siyasəti” tətbiq edir və dünya birliyinin beynəlxalq hüquq və prinsiplərə hörmət etməyə çağırışlarına məhəl qoymur”, - deyə M.Qurbanlı bildirib.
“Ədalət” partiyasının sədri İlyas İsmaylovun sözlərinə görə, Ermənistanın hazırki hakimiyyəti ilə konstruktiv dialoq aparmaq mümkün deyil.
“Bu gün konstruktiv dialoq aparmaq mümkün olmayan şəxslər Ermənistanda hakimiyyətdədir. Lakin, erməni xalqının bir çox layiqli nümayəndələri var. Mən bu xalqı yaxşı tanıyıram, onlar ölkənin hazırki hakimiyyətinin əlində alət olmaq istəmirlər. Dahi aktyor Armen Ciqarxanyan da Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qaytarılması barədə bildirir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, 1980-ci illərin sonunda Azərbaycan SSRİ-nin baş prokuroru vəzifəsini icra etdiyi dövrdə o Dağlıq Qarabağ muxtar vilayətinin əhalisinin Azərbaycan tərkibində olmaq arzusunun şahidi olub.
“Lakin, erməni millətçiləri əhalini müharibəyə sövq edirdilər. Xocalı aeroportunun direktoru millətçilərin şərtlərini yerinə yetirməkdən imtina etdiyinə görə gecə vaxtı onun evini partladıblar. Nəticədə, o, həyat yoldaşı və iki uşağı həlak olublar”, - deyə o qeyd edib.
İ.İsmaylovun sözlərinə görə, ermənilər müxtəlif ölkələrin ərazisində sıx yaşadıqları yerlərdə dövlətlərini yaratmağa can atırlar.
Milli Məclisin deputatı, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan qonşu dövlətlərlə əməkdaşlıq üçün açıqdır.
“Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən biz 20 ildir müharibə şəraitində yaşayırıq. Ərazilərimiz işğal olunub və bu danılmaz tarixi faktdlr. Heç kəs bunu yaddan çıxarmağı düşünmür, lakin biz hələ də sülh istəyirik. Biz bu gün biri-birimizi düşmən adlandırırıq, ancaq bunu da unutmaq və vəziyyəti dəyişmək üçün nə lazım olduğu barədə düşünürük”, - deyə o vurğulayıb.
Parlament üzvü real danışıqlar prosesinin aparılmasının başlamasının tərəfdarıdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət