ATƏT-in Minsk qrupunun həmsədrləri və Azərbaycan və Ermənistan XİN başçılarının birgə bəyanatının mövcud olmaması rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dublində keçirilən ATƏT ölkələri Xarici İşlər Nazirləri Şurasının 19-cu iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşün nəticələrinə dair bəyan edib.
“Əfsuslar olsun ki, öncə əldə olunan razılaşmaların inkar edilməsini vərdişə çevirən rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədar biz hmsədrlərin və xarici işlər nazirlərinin birgə bəyanat mətnini razılaşdıra bilmədik”, - deyə E.Məmmədyarov qeyd edib.
Onun fikrincə, rəsmi İrəvanın siyasi iradəsinin və qəti addımlarının olmaması Ermənistanda keçiriləcək prezident seçkiləri ilə şərtlənir.
E.Məmmədyarovun vurğuladığı kimi, əfsuslar olsun ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən bu məsələdə kifayət qədər təkid edilməyib.
XİN başçısı xüsusi qeyd edib ki, problemin mahiyyəti Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazisində olmasıdır, bu isə münaqişənin nizamlanmasına son dərəcə mane olur.
“Hətta bu hərbi qüvvələrin Azərbaycanın işğal olunan ərazilərindən çıxarılmasına start verilməsi münaqişənin nizamlanmasına başlaması üçün şərait yaradacaq”, - deyə E.Məmmədyarov vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət