Qarabağ münaqişəsinin həll edilməməsi Azərbaycan, eləcə də bütün region üçün əsas təhdiddir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunlarının I Beynəlxalq Forumunda çıxışı zamanı bəyan edib.
“Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və regionun təhlükəsizliyi üçün əsas təhdiddir. Münaqişənin həll edilməməsi bütün region ölkələrinə mənfi təsir göstərir”,- deyən İ.Əliyev əlavə edib ki, beynəlxalq hüquq normaları ölkənin ərazi bütövlüyünün bərpasını zəruri edir.
“Dağlıq Qarabağ və ətraf rayonlar hüquqi baxımdan məxsus olduğu tərəfə qaytarılmalıdır”,- deyən dövlət başçısı bildirib ki, Ermənistanın mövqeyi danışıqlar prosesini uzatmaqdan ibarətdir”.
“Biz danışıqlara impuls verməyə çalışırıq, lakin qarşı tərəfin mövqeyi danışıqlar prosesini uzatmaqdan ibarətdir”, - deyə İ.Əliyev vurğulayıb. O bildirib ki, bu gün münaqişənin həllinin uzadılması yolverilməzdir”, “gələcəkdə isə bu ümumiyyətlə mümkün olmayacaq”.
Prezident qeyd edib ki, münaqişə Helsinki Yekun Aktının müddəaları və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həllini tapmalıdır.
“Biz bu məsələdə ikili standartlarla üzləşirik. Beynəlxalq hüquqa bələd olan bizlər yaxşı bilirik ki, bəzi qətnamələr cəmi bir neçə saat ərzində icra olunur”, - deyən dövlət başçısı əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında nümayiş etdirilən passivlik “beynəlxalq təşkilatların, ilk növbədə BMT-nin nüfuzunu artırmır”.
Ümumilikdə, Azərbaycanın dünya birliyində tutduğu yerdən danışan Prezident ölkənin fəal xarici siyasət yürütdüyünü söyləyib.
“Biz artıq region çərçivəsindən kənara çıxmış fəal xarici siyasət yürüdürük. Bizim təşəbbüslərimiz ilk növbədə iqtisadi inkişaf, energetika, inteqrasiya prosesləri ilə bağlıdır”, - deyə dövlət başçısı vurğulayıb.O, Azərbaycanın Qoşulmama Hərəkatına daxil olmasını vacib məqamlardan biri olduğunu söyləyib.
“Bu, Azərbaycanın xarici siyasət istiqamətini əks etdirən vacib hadisədir”, - deyən dövlət başçısı əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın xarci siyasət fəaliyyətində zirvə oldu.
Daha sonra MDBMİ-nin rektoru A.Torkunov Rusiya prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciətini oxuyub. Məktubda Rusiyanın dövlət başçısı qeyd edib ki, ötən illər ərzində MDBMİ-ni “uğurlu diplomatlar nəsli bitirib”. “Əminəm ki, bu gün keçirilən Forum kimi təşəbbüslər ölkələrimiz arasında münasibətlərin palitrasını daha da zənginləşdirir”,- deyə V.Putin vurğulayıb.
Daha sonra Anatoli Torkunov gələn il 70 illiyini qeyd edəcək ali məktəbin tarixi və indiki fəaliyyəti barədə danışıb.
“Rossotrudniçestvo”nun rəhbəri, Rusiya prezidentinin MDB ölkələri üzrə xüsusi nümayəndəsi Konstantin Kosaçev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Forum iştirakçılarına müraciətini oxuyub. XİN başçısı gərgin iş qrafiki ilə əlaqədar Forumda iştirak edə bilmədiyinə görə təəssüfləndiyini vurğulayıb.
“Əminəm ki, Azərbaycanın ənənəvi qonaqpərvərliyi parlaq, yaddaqalan bayram keçirməyə imkan verəcək”, - deyən S.Lavrov forumun ənənəvi xarakter daşıyacağına ümid etdiyini bildirib.
Sergey Lavrov bütün iştirakçıları gələn il MDBMİ-nin 70 illik yubileyində iştiraka dəvət edib.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət